...

Azərbaycanın "Şahdəniz" yatağında qaz hasilatı artırılıb

Energetika Materials 6 Oktyabr 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.İsmayılov/

Çərşənbə axşamı neft-qaz bazarından verilən məlumata görə, hazırda Azərbaycanın "Şahdəniz" yatağından hasil olunan qaz 16 milyon kubmetr təşkil edir.

Sentyabrın əvvəllərində profilaktik tədbirlərin keçirilməsilə əlaqədar yataqda hasilat işləri dayandırılmışdı. Təmir zamanı platformada lazımi avadanlıqlar quraşdırılmış və sentyabrın sonunda platformadan neft hasilatı yenidən bərpa olunmuşdu. Platformanın dayanması səbəbindən Cənubi Qafqaz qaz kəmərində də (Bakı-Tbilisi-Ərzurum) qaz hasilatı dayandırılmışdı. Bərpa işlərinə qədər platformada sutkalıq hasilat 14-15 milyon kubmetr təşkil edirdi.

Mənbə deyib ki, hazırda platformada dörd quyuda hasilat işləri aparılır. Dörd quyudan 16 milyon kubmetr qaz hasil olunur.

Onun sözlərinə görə, hazırda platformada olan beş quyudan birində təmir işləri aparılır. Yataqdan sutkalıq hasilat 6.5 min kubmetr təşkil edir.

ARDNŞ-nin vəzifəli nümayəndələrinin əvvəl də verdiyi məlumata əsasən, təmir işlərinə qədər platformada qaz hasilatı dörd quyuda aparılırdı. Hazırda quyulardan biri işlək vəziyyətdə deyil. Bu quyu əvvəldən problemli olub.

Bu il "Şahdəniz" yatağından 7.2 milyard kubmetr qaz hasil olunacağı proqnozlaşdırılır. Halbuki layihənini operatoru BP şirkəti hasilatın 7.7 milyard kubmetr olacağını proqnozlaşdırırdı. Yataqda ən yüksək hasilat həddi (8.6-9 milyard kubmetr) gələn ilə nəzərdə tutulur.

Hazırda qaz Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzrum) boru kəməri ilə Türkiyə və Gürcüstana nəql olunur. Yay ərzində Azərbaycan "Şahdəniz" yatağından qaz almayıb.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzlanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti