...

İran elektrik enerjisinin tranzitini dayandırır

Energetika Materials 6 Oktyabr 2009 16:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend /

İran elektrik şəbəkəsinin direktoru Məsud Höccətin dediyinə görə, İran qonşu ölkəyə elektrik enerjisinin tranzitini dayandırır. Məlumatı Fars informasiya agentliyi yayıb.

"İran üçün elektrik enerjisini bir tərəfdən alıb digərinə satmaq daha sərfəlidir. Buna görə də bu andan etibarən biz elektrik enerjisinin tranzitini dayandırırıq", - Höccət bildirib.

Onun sözlərinə görə, hazırda 700 mVt elektrik enerjisi Türkmənistandan Türkiyəyə İran vasitəsilə ötürülür.

İran İraq, Əfqanıstan və Pakistana 730 mVt elektrik enerjisi ixrac edir, Ermənistan və Türkmənistandan isə 350 mVt elektrik enerjisi idxal edir.

Ümumlikdə, İran 1100 mVt elektrik enerjisinin ötürülməsini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti