...

Sentyabrda Azərbaycan paytaxtında qaz istehlakı artıb

Energetika Materials 6 Oktyabr 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-avqust aylarında "Azəriqaz" İB yanında "Bakqaz" İdarəsi Bakı şəhərinin qaz sisteminə 1,8 milyard kubmetrdən artıq sənaye qazı verib. Bu barədə çərşənbə axşamı idarədəki mənbədən məlumat verilib. "Azəriqaz" ARDNŞ-nin tərkibinə daxildir.

Mənbədən verilən məlumata görə, sentyabrda paytaxtın qaz sisteminə 108 milyon kubmetr qaz verilib. Avqustda bu göstərici 104 milyon kubmetr qaz olub. İyulda qaz sisteminə 109 milyon kubmetrə yaxın qaz tədarük edilib. İyunda bu göstərici 114 milyon kubmetr qaz təşkil edib. Mayda isə sistemə 141 milyon kubmetr qaz verilib.

"Hazırda Bakının qaz sisteminə sutkalıq 3,45 milyon kubmetr qaz verilir", - mənbədən deyilib.

Keçən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz verib.

2008-ci ildə İB ölkənin qaz sisteminə qazın verilişininin mövsümi rejimindən tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmi istehlakçının tələbinə uyğun olaraq müəyyənləşdiriləcək. Mövsümi rejimin qəbulu əhalinin böyük əksəriyyətində sayğacların olmaması ilə əlaqədar olub ki, bunun nəticəsində də qaz əhali tərəfindən səmərəli istifadə edilməyib. Hazırda Bakının qaz şəbəkəsində abunəçilərin 100 faizi qaz sayğacları ilə təmin edilib. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr, qışda isə bu rəqəm 10-13 milyon kubmetr təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti