...

EKOL QSC Azərbaycanın iki quru yatağında rekultivasiyanı tamamlayıb

Energetika Materials 7 Oktyabr 2009 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend /

"Ekol Mühəndislik Xidmətləri" QSC "Salyan OİL" LTD-nin Qarabağlı və Kürsəngi neft yataqlarındakı qazma şlamının rekultivasiyası layihəsinin sonuncu mərhələsini başa çatdırıb. Bu barədə QSC-nin məlumatında deyilir.

Birinci mərhələ müqavilə ərazisində mexaniki rekultivasiyanı nəzərdə tuturdu. Layihənin ikinci mərhələsi yataqlarda bioloji rekultivasiyanın keçirilməsini nəzərdə tutur.

Məlumatda deyildiyi kimi, QSC müqavilə ərazilərində bioloji rekultivasiya prosesini başa çatdırıb və səkkiz hektar əraziyə arpa səpilməsi prosesinə başlayıb.

Qarabağlı və Kürsəngi yataqlarında təmizlənmə prosesinin dekbarın sonuna kimi tamamlanması planlaşdırılır, bu barədə Ekol QSC-nin rəhbəri Sultan Əliyev bildirib.

Bu layihənin həyata keçirilməsində əsas məqsəd onların ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, QSC-nin yeni tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsi və qlobal maliyyə böhranı şəraitində müəssisənin iqtisadi imkanlarının yaxşılaşdırılmasıdır.

"Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor "Lancer Services S.A." Şirkətinin (49%) pay iştirakı ilə bağlanmış 01.03.2006-cı il tarixli müqavilə əsasında təsis edilib. Bu barədə ARDNŞ-ın saytında deyilir.

Xəbər lenti

Xəbər lenti