...

ARDNŞ yanvar-oktyabrda 130 min tondan çox maye qaz istehsal edib

Energetika Materials 7 Noyabr 2009 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend /

Yanvar-oktyabr aylarında ARDNŞ-nin tərkibinə daxil olan "Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu" təxminən 140 min ton maye qaz istehsal edib. Bu göstərici ötən ilin yanvar-oktyabr aylarında təxminən 153 min ton təşkil edib.

Oktyabrda bu göstərici 19,5 min ton təşkil edib.

2008-ci ildə ARDNŞ tərəfindən təxminən 181,13 min, 2007-ci ildə 145,03 min ton maye qaz istehsal edilib. İstehsal edilən maye qazın bütün həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen franskiyasının istehsal həcmi 148, 22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min ton təşkil edib.

2007 və 2006-ci illərdə olduğu kimi, 2008-ci ildə də bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti