...

" Kazmunayqaz "ekspertləri Bakı-Qara dəniz boru kəmərinin inşası layihəsi üzrə hesablamalara başlayıblar

Energetika Materials 4 Dekabr 2009 14:59 (UTC +04:00)
"Kazmunayqaz" QN SC Bakı-Qara dəniz boru kəmərinin inşası layihəsinin məqsədəuyğunluluğu üzrə hesablamalara başlayıblar. Bu barədə bu gün anonimliyi saxlanılmaqla, Qazaxıstanın yüksək vəzifəli neft mütəxəssisi Trend Capital-a məlumat verib.
" Kazmunayqaz "ekspertləri Bakı-Qara dəniz boru kəmərinin inşası layihəsi üzrə hesablamalara başlayıblar

Qazaxıstan, Astana, 4 dekabr / Trend , müxbir K. Konırova/

"Kazmunayqaz" QN SC Bakı-Qara dəniz boru kəmərinin inşası layihəsinin məqsədəuyğunluluğu üzrə hesablamalara başlayıblar. Bu barədə bu gün anonimliyi saxlanılmaqla, Qazaxıstanın yüksək vəzifəli neft mütəxəssisi Trend -a məlumat verib.

"Hazırda bizim ekspertlər hesablamalara başlayıblar, iş gedir", - həmsöhbət deyib.

Daha öncə Azərbaycan və Qazaxıstan "Bakı-Qara dəniz neft kəməri üzrə əməkdaşlıq niyyəti haqqında" memorandumu imzalayıblar.

ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) əvvəl bildirildiyinə görə, neftin Qara dənizə nəql edilməsi üçün Azərbaycanın kifayət qədər inkişaf etmiş Bakı-Supsa və Bakı-Novorossiysk boru kəməri infrastrukturu var, əlbəttə ki, Rusiya "Transneft"i ilə razılıq əldə edildiyi halda başqa istehsalçıların neftinin nəql edilməsində də istifadə edilə bilər.

Həmçinin Azərbaycan Gürcüstanın qara dəniz limanları Kulevi, Batumi və ya hər hansı başqa bir limanına neft tədarük edə bilən kifayət qədər inkişaf etmiş dəmiryolu infrastrukturuna malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti