...

Avropa Komissiyası "Nabukko" layihəsinə göstərilən maliyyə dəstəyini bəyənib

Energetika Materials 5 Dekabr 2009 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend /

Avropa Komissiyası Bolqarıstanı Yunanıstan və Rumıniya ilə birləşdirən qaz kəmərinin tikintisi üçün tələb edilən maliyyə dəstəyini bəyənib, Sofia News Agency Bolqarıstanın İqtisadiyyat, Enerji və Nəqliyyat Nazirliyinə istinadən yazır.

Avropa Komissiyası Bolqarıstan və Yunanıstanın qaz sistemini birləşdirəcək olan boru kəmərinin inşasına 45 milyon avro həcmində qrant ayrılmasını bəyənib.

Bundan əlavə, Avropa Komissiyası tərəfindən "Nabukko" qaz kəmərinin dəstəklənməsi üçün 200 milyon avro verilməsi təsdiq edilib.

Avropa Komissiyasının qərarı Aİ-nin enerji nazirləri şurasının dekabrın 7-də keçiriləcək iclasında nəzərdən keçiriləcək.

Bolqarıstan və Yunanıstan, həmçinin Bolqarıstan və Rumıniya arasındakı birləşdirici boru kəmərinin inşasının maliyyələşdirilməsinə dair qərar Aİ-nin enerji təhlükəsizliyinin artırılması məqsədilə qəbul edilib.

Bolqarıstan "Nabukko" qaz kəməri layihəsinin iştirakçıalrından biridir. Nabukko layihəsi Xəzər regionu və Yaxın Şərqdən Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin dəyəri 7,9 milyard avrodur.

Xəbər lenti

Xəbər lenti