...

Noyabrda Azərbaycan İES 350 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 16 Dekabr 2009 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Noyabrda Azərbaycanın istilik elektrik stansiyası (İES) 366,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" SC-nin (ölkədə elektrik enerjisinin istehsalı və paylanması) çərşənbə günü yaydığı məlumatda deyilir.

Stansiyada payız-qış mövsümündə tələb olunan həcmdə yanacaq ehtiyatı yaradılıb. Bu il texnoloji və köməkçi avadanlıqlarda, yanacaq təsərrüfatında, yağ sistemində və kabel xətlərində qəza vəziyyətləri qeydə alınmayıb. Rele müdafiəsi və qəza avtomatikası üzrə davamlı olaraq plan-profilaktika işləri aparılır. Sxemlər və qurğular normativ-texniki tələblərə uyğundur.

Xəbər lenti

Xəbər lenti