...

Türkiyə 2009-cu ildə qaz idxalını azaldıb

Energetika Materials 22 Yanvar 2010 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.İsmayılov/

2009-cu ildə "Botaş" dövlət  boru kəməri şirkəti Türkiyəyə müxtəlif mənbələrdən 33,6 milyard kubmetrdən çox qaz idxal edib. 2008-ci ildə bu göstərici 37,8 milyard kubmetr olub. Bu barədə "Botaş" şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.

Ötən il həmçinin "Botaş" boru kəməri şirkətinin ixrac əməliyyatlarının payına 721 milyon kubmetr qaz düşür, 2008-ci ildə bu göstərici 443 milyon kubmetr, 2007-ci ildə isə 31 milyon kubmetr olub.

2009-cu ildə Türkiyənin daxili bazarında 32 milyard kubmetrdən artıq qaz satılıb. 2008-ci ildə bu göstərici 36 milyard kubmetr, 2007-ci ildə isə 35,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti