...

Aİ enerji tədarükünün diversifikasiyasının yeni strategiyasını hazırlayır - İspaniyanın XİN rəhbəri

Energetika Materials 25 Yanvar 2010 12:31 (UTC +04:00)
Aİ İspaniyanın sədrliyi dövründə yeni enerji strategiyasını qəbul etməyi planlaşdırır. Bu strategiya enerji tədarükü mənbələrinin diversifikasiyasına, enerji resurslarının tranzitləri, istehlakçıları və istehsalçıları ilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.
Aİ enerji tədarükünün diversifikasiyasının yeni strategiyasını hazırlayır - İspaniyanın XİN rəhbəri

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir Y.Ostapenko/

Aİ İspaniyanın sədrliyi dövründə yeni enerji strategiyasını qəbul etməyi planlaşdırır. Bu strategiya enerji tədarükü mənbələrinin diversifikasiyasına, enerji resurslarının tranzitləri, istehlakçıları və istehsalçıları ilə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.

Aİ-nin yeni enerji strategiyası - "2010-1014-cü illərdə enegetika sahəsində fəaliyyət planı" enerji təhlükəsizliyi əsasında yaradılacaq, Avropa İttifaqında 2010-cu il yanvarın 1-dən iyulun 1-dək sədrlik edəcək olan İspaniyanın XİN rəhbəri Migel Anhel Moratinos Trend -a deyib.

"Enerji tədarükü mənbələrinin diversifikasiyası yüksək prioritet olaraq qaldığı müddətdə İspaniya sədrliyi də nəqliyyat marşrutlarının diversifikasiyası üzrə layihəni dəstəkləyəcək", - Moratinos deyib.

İspaniyanın XİN rəhbərinin sözlərinə görə, Aİ "Cənub dəhlizi" və qismən də "Nabukko" layihəsinin inkişafını dəstəkləyəcək.

"Cənub dəhlizi" layihəsi enerji tədarükü mənbələrinin və marşrutlarının diversifikasiyasını və Avropa ölkələrinin enerji təhlükəsizliyinin artırılmasını nəzərdə tutur. "Cənub dəhlizi" layihəsinə daxildir: Nabukko qaz kəməri, Transadriatik qaz kəməri, Ağ Axın qaz kəməri, İTGİ layihəsi (Türkiyə-Yunanıstan-İtaliya)

Xəbər lenti

Xəbər lenti