Azərbaycan, Bakı, 25 yanvar / Trend /
Hökumətin proqnozlarına əsasən, Azərbaycan "Şahdəniz" qaz-kondensat yatağından 2010-cu ildə 2009-cu ildə əldə olunan 526,27 milyon kubmetrə nisbətdə təxminən 730 milyon kubmetr qaz əldə edəcək. Bu barədə bazar ertəsi neft-qaz sahəsindəki mənbə deyib.
"Şahdəniz" dəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO - 9 faiz, ARDNŞ - 10 faiz.
Hazırda "Cənubi Qafqaz" boru kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə qaz nəql edilir.