...

"Azərenerji" SC Azərbaycan regionlarında elektrik şəbəkələrini yeniləyir

Energetika Materials 28 Yanvar 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend /

"Azərenerji" SC (Azərbaycanda elektrik enerjisinin paylanması və satışı) bu il Azərbaycan regionlarında elektrik şəbəkələrinin yenilənməsi üzrə işləri davam etdirməyi planlaşdırır. Bu barədə SC-nin cümə günü yayılmış məlumatında deyilir.

Hazırda ölkənin mərkəzi hissəsində fəaliyyət göstərən paylayıcı elektik şəbəkələri tamamilə yenilənib (12 şəhər və rayonda). İzolyasiyalı məftillərin çəkilməsi, Mingəçevir, Hacıqabul, Gəncə, Ağsu və Şəmkirdə smart-kartla işləyən elektrik sayğaclarının quraşdırılması üzrə işlər artıq başa çatmaqdadır. Yalnız bu yaxınlarda şəbəkəyə qoşulan abunəçilərin sayğacları hazırda quraşdırılır. Saatlı, Şirvan, Yevlax və Sabirabadda bu işlər artıq başa çatır. Növbəti mərhələdə yeni nəsil elektrik sayğaclarının quraşdırılması Salyan, Masallı, İmişli, Goranboy və Kürdəmirdə başlayacaq.

Ölkənin mərkəzi hissələrində elektrik şəbəkələrinin yenilənməsindən sonra analoji işlər bütün bölgələrdə tətbiq ediləcək.

Xəbər lenti

Xəbər lenti