...

ARDNŞ smart-sayğacların quraşdırılmasına davam edir

Energetika Materials 30 Yanvar 2010 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar / Trend /

Gəncə şəhərində smart kart əsasında işləyən qaz sayğacları ilə təmin edilən abunəçilərin sayı 39 mini keçib, ARDNŞ-ın məlumatında deyilir.

Yeni nəsil sayğaclarının qurulması qaz itkisinin qarşısının alınması, təbii qazdan istifadənin səmərəliliyinin artırılması və uçotun düzgün aparılması istiqamətindəki vasitələrdən biridir.

Gəncə şəhərində qurulan smart-sayğacların ümumi sayından 39024 ədədi ARDNŞ-ın "Azəriqaz" istehsalat birliyinin hesabına, qalan 127 ədədi isə abunəçilərin şəxsi vəsaitləri hesabına qurulub.

Azərbaycanda smart sayğacların qurulması ilk dəfə məhz Gəncədə başlanıb.

Xəbər lenti

Xəbər lenti