...

İran və Pakistan qaz alqı-satqısına dair müqavilə imzalayıblar

Energetika Materials 17 Mart 2010 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend /

İran və Pakistan sutkada 750 milyon kubfut təbii qazın tədarükünə dair müqavilə imzalayıb. Bu barədə FARS agentliyi məlumat verir.

Müqaviləyə əsasən, İran Pakistana 25 il ərzində sutkada 750 milyon kubfut təbii qaz ixrac edəcək.

İxrac "Sülh" qaz kəməri vasitəsilə həyata keçiriləcək. "Sülh" kimi tanınan boru kəmərinin tikintisi haqqında ilkin müqavilə İran və Pakistan arasında 2009-cu ilin mayında Tehranda imzalanıb.

Boru kəmərinin təxminən 1100 kilometri İranda, 1000 kilometri isə Pakistanda inşa olunacaq.

Layihənin icrasına 2014-cü ildə başlanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti