...

Tullantıların utilizasiyası ARDNŞ-in prioritetlərindən biridir - vitse-prezident

Energetika Materials 16 Aprel 2010 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.İsmayılov/

Amerikanın Mİ SWACO şirkəti ilin sonuna kimi tullantıların utilizasiyası üzrə mərkəzin yenidən qurulmasını və tullantıların idarəsi sisteminin layihəsinin texniki iqtisadi əsaslandırmasını hazırlayıb ARDNŞ-ə təqdim edəcək. Bu barədə Dövlət Neft Şirkətinin ekologia məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev cümə günü bildirib.

"İlin sonuna kimi texniki iqtisadi əsaslandırma hazırlanıb bizə verilməlidir. Bundan sonra onun icrasına başlanılacaq", - Babayev bildirib.

Babayevin sözlərinə əsasən, bu layihə ARDNŞ üçün vacibdir. Şirkət böyük istehsalçıdır. Şirkətin müəssisələrinin fəaliyyəti nətcəsində tullantılar yaranır ki, onların da utilizasiyası ARDNŞ-in prioritetlərindən biridir.

Bu layihə üzrə işlər Amerika Ticarət və İnkişaf Agentliyi və ARDNŞ arasında 572 min dollar dəyərində qrant müqaviləsinin imzalanması çərçivəsində həyata keçirilir. Müqavilə ötən il avqustun 13-də imzalanıb.

Mərkəz həm sənaye emalı, həm bərk tullantıların, həmçinin, onların təkrar istifadəsini və utilizasiyasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti