...

Hava şəraitinin pis olması ilə əlaqədar "Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejiminə keçib

Energetika Materials 24 Aprel 2010 11:49 (UTC +04:00)
Hava şəraitinin pis olması və şiddətli küləklə əlaqədar "Bakıelektrikşəbəkə" SC gücləndirilmiş iş rejiminə keçib. Bunu şənbə günü ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Hava şəraitinin pis olması ilə əlaqədar "Bakıelektrikşəbəkə" gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Hava şəraitinin pis olması və şiddətli küləklə əlaqədar "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin satışı və paylanması ilə məşğul olur) gücləndirilmiş iş rejiminə keçib. Bunu şənbə günü ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda ASC elektrik şəbəkəsində mümkün problemli vəziyyətlərin qarşısının alınması üçün əməkdaşları və texnikanı cəlb edib.

"Hazırda xüsisi problem müşahidə olunmur", - Mustafayev deyib. - "Elektrik enerjisi verilişinin pozulması ilə bağlı ayrı-ayrı hallar qeydə alınıb ki, bunlar da operativ şəkildə aradan qaldırılıb".

Xəbər lenti

Xəbər lenti