...

ARDNŞ Azərbaycanda neft məhsullarının pərakəndə satış bazarını inhisarlaşdırmaq niyyətində deyil

Energetika Materials 8 May 2010 11:30 (UTC +04:00)

ARDNŞ Azərbaycanda neft məhsullarının pərakəndə satış bazarını inhisarlaşdırmaq niyyətində deyil

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir E.İsmayılov/

Bu il SOCAR Petroleum birgə müəssisəsi Azərbaycanda ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) brendi altında daha yeddi yanacaqdoldurma stansiyası (YDS) açmaq niyyətindədir. Bu barədə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev cümə günü Bakı şəhərində ilk üç YDS-nin açılış mərasimində məlumat verib.

Abdullayevin sözlərinə görə, Azərbaycanda YDS-nin tikintisinə qoyulan investisiyaların həcmi 20 milyon manat təşkil edir.

"Gələn il ARDNŞ-in brendi altında daha 10 YDS-nin açılması planlaşdırılır", - şirkətin rəhbəri bildirib.

Abdullayevin sözlərinə görə, ölkədə iki NEZ-in bazasında yeganə istehsalçı olan ARDNŞ Azərbaycan bazarında neft məhsullarının pərakəndə satış bazarını inhisarlaşdırmaq niyyətində deyil.

YDS üçün məhsullar hamı üçün eyni olan qiymətlərlə ARDNŞ-in neft bazalarından alınacaq. Abdullayevin sözlərinə görə, ARDNŞ-in YDS üçün Azərbaycanın pərakəndə satış bazarında çalışan bütün şirkətlər rəqibdir. Ona görə də müştərilərin cəlb edilməsi üçün şirkət yüksək servis və öz istifadəçiləri üçün müxtəlif xidmətlər təklif etmək niyyətindədir. O cümlədən, YDS-də mağazalar, kafe, maşınların kontaktsız yuyulması, işıq, qaz, su ödənişlərini həyata keçirmək üçün terminallar və bir çox digər xidmətlər mövcuddur. Bunu hesabına ARDNŞ potensial müştəriləri cəlb etmək niyyətindədir.

SOCAR Petroleum-un səhmdarları ARDNŞ (51 faiz) və Amerikanın A.P. International (49 faiz) şirkətidir. SOCAR Petroleum 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti