...

Azərbaycan öz qazının Avropa bazarına ixracına böyük maraq göstərir - sənaye və energetika nazirinin müavini

Energetika Materials 12 May 2010 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan öz qazının Avropa bazarına ixracına böyük maraq göstərir. Bunu çərşənbə günü Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov deyib.

Onun sözlərinə görə, bu məsələdə ölkəmiz üçün vacib sayılan uzunmüddətli və sabit bazarların mövcudluğu Azərbaycana şəxsi enerji resurslarını əminliklə həyata keçirməyə şərait yaradacaq.

Xüsusilə, Azərbaycan qazının Transadriatik qaz kəməri ilə ixracı layihələri nəzərdən keçirilir. Bu layihənin həyata keçirilməsində İsveçrə xüsusilə maraqlıdır. Həmçinin Azərbaycan tərəfi Türkiyə-Yunanıstan-İtaliya və "Nabukko" qaz kəmərləri layihələrini nəzərdən keçirir.

Hazırda Azərbaycan maye qazının Gürcüstandan keçməklə Rumıniyaya ixracı layihəsi çərçivəsində qızğın iş gedir və yaxın zamanlarda bu məsələ həll olunacaq.

Xəbər lenti

Xəbər lenti