...

Mingəçevir SES kaskadı 600 mln kilovatt-saatdan çox elektrik enerjisi istehsal edib

Energetika Materials 13 May 2010 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

Yanvar-aprel aylarında Mingəçevir SES-in kaskadı 600 milyon kilovatt-saatdan çox elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" ASC-nin (Azərbaycanda elektrik enerjisinin paylanması və satışı) cümə günü yayılan məlumatında deyilir.

Məlumatda bildirilir ki, apreldə kaskad tərəfindən planlaşdırılan 169,5 milyon kilovatt-saat elektrik enerjisinə nisbətdə 173 milyon kilovatt-saat elektrik enerjisi istehsal olunub.

Hazırda kaskadda ötən ilin dekabrından başlanan yenidənqurma işləri aparılır. Nəticədə, nəzərdə tutulan işlər başa çatdıqdan sonra, kaskadın gücü əlavə olaraq 90 meqavatt artacaq.

Kaskadın tərkibinə Mingəçevir və Varvara SES-lər daxildir.

Xəbər lenti

Xəbər lenti