...

ARDNŞ Xəzərdə yeni neft quyusunu istismara verib

Energetika Materials 19 May 2010 13:21 (UTC +04:00)
ARDNŞ "Qum-Dəniz" yatağında növbəti neft quyusunu istismara verib, - çərşənbə axşamı ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) verilən məlumatda belə deyilir.
ARDNŞ  Xəzərdə yeni neft quyusunu istismara verib

Аzərbaycan, Bakı, 19 may /Trend/

ARDNŞ "Qum-Dəniz" yatağında növbəti neft quyusunu istismara verib, - çərşənbə axşamı ARDNŞ-dən (Azərbaycan Dövlət Neft Şirkəti) verilən məlumatda belə deyilir.

2952-2945 metr dərinlikdən hər gün 20 ton neft və 7 000 kubmetr qaz hasil olunur.

Hal-hazırda həmin yataqda daha bir quyu üçün qazma işləri aparılır. Geoloqların hesablamalarına görə, dərinliyi 3 400 metr olan quyudan gün ərzində 20 ton neft hasil olunacaq.

Quyular "Qum adası" Neft-Qaz Hasilatı İdarəsinin rəhbərliyi altında qazılır.

Xəbər lenti

Xəbər lenti