Gürcüstan, Tbilisi, 7 iyun /Trend, müxbir N.Kirsxaliya/
Prezident Mixail Saakaşvilinin rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin Fransaya səfəri gedişində bu gün iki ölkə arasında enerji sahəsində əməkdaşlıq haqda sənəd imzalanacaq.
Gürcüstan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənədi Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Fransanın ekologiya və energetika naziri Jan-Lui Borolo imzalayacaqlar.
Tərəflər birgə niyyət bəyannaməsi imzalayacaqlar. Göstərilən sənəd Gürcüstan - Fransa münasibətlərinin dərinləşməsinə kömək edəcək.