...

"Bos Shelf" şirkətinin mərkəzi anbarındakı yanğın Azərbaycanın neft-qaz sektoru üçün tikinti layihələrinin həyata keçirilməsinə təsir etməyib

Energetika Materials 19 İyul 2010 13:12 (UTC +04:00)
Bazar günü saat 19:05-də "Bos Shelf" şirkətinin mərkəzi anbarında baş vermiş yanğın gecə saat 02:00-da söndürülüb, bazar ertəsi səhər saat 06:00-da isə yanğın tamamilə aradan qaldırılıb. Yanğından zərər çəkən olmayıb.
"Bos Shelf" şirkətinin mərkəzi anbarındakı yanğın Azərbaycanın neft-qaz sektoru üçün tikinti layihələrinin həyata keçirilməsinə təsir etməyib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Bazar günü saat 19:05-də (Bakı vaxtı ilə) "Bos Shelf" şirkətinin mərkəzi anbarında baş vermiş yanğın gecə saat 02:00-da söndürülüb, bazar ertəsi səhər saat 06:00-da isə yanğın tamamilə aradan qaldırılıb. Yanğından zərər çəkən olmayıb. Bu barədə bazar ertəsi müəssisədəki mənbə məlumat verib.

İlkin versiyaya görə, yanğın texniki səbəblərdən baş verib, çünki həmin anda obyektdə adam olmayıb.

"Yanğın "Bos Shelf"in reallaşdırdığı neft-qaz tikinti layihələrinin həyata keçirilməsinə təsir etməyib", - mənbə bildirib.

Hazırda yanğının baş verdiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti meydanında hadisənin səbəblərini aydınlaşdırmaq üçün "Bos Shelf" şirkətinin komissiyası işləyir. Eləcə də müəssisənin tikinti sahələrindəki yanğın əleyhinə avadanlıqlar yoxlanılacaq.

"Bos Shelf" "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində BP şirkətinin dayaq bloklarının tikintisi üzrə podratçısıdır. Şirkət layihə çərçivəsində altı dayaq bloku tikib. İndi "Bos Shelf" daha bir blokun tikintisinə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti