...

Vaşinqton və Aşqabad enerji əməkdaşlığının aspektlərini müzakirə ediblər

Energetika Materials 19 Avqust 2010 12:39 (UTC +04:00)
Aşqabadda Birləşmiş Ştatların Energetika Departamentinin regional bürosunun direktoru Riyaz Avanın başçılıq etdiyi ABŞ nümayəndə heyəti enerji sahəsində əməkdaşlıq məsələləri üzrə danışıqlar aparır. Bu barədə rəsmi tükmən mənbəyi məlumat verib.
Vaşinqton və Aşqabad enerji əməkdaşlığının aspektlərini müzakirə ediblər

Türkmənistan, Aşqabad, 17 avqust /Trend, müxbir H.Həsənov/

Aşqabadda Birləşmiş Ştatların Energetika Departamentinin regional bürosunun direktoru Riyaz Avanın başçılıq etdiyi ABŞ nümayəndə heyəti enerji sahəsində əməkdaşlıq məsələləri üzrə danışıqlar aparır. Bu barədə rəsmi tükmən mənbəyi məlumat verib.

Görüşlər Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyində, Türkmənistan Prezidenti yanında karbohidrogenlərin idarə edilməsi və istifadəsi üzrə Dövlət Agentliyində, eləcə də "Türkmənqaz" və "Türkmənneft" dövlət konsernlərində keçirilib.

ABŞ Türkmənistanda geoloji kəşfiyyat, karbohidrogenlərin emalı, Xəzər dənizinin türkmən sektorunda neft-qaz yataqlarının mənimsənilməsi, eləcə də türkmən enerjidaşıyıcılarının dünya bazarlarına çıxarılması üçün nəqliyyat infrastrukturunun inkişafı sahələrində layihələrin həyata keçirilməsinə yönəlib.

Aşqabadda Xəzərdə №9 и №20 dəniz bloklarının mənimsənilməsi üzrə "Chevron", "TX Oil" və "ConocoPhilips" şirkətlərindən daxil olan təkliflər öyrənilir. Danışıqlar "ExxonMobil", "SouthOil", "Midland Oil & Gas", "Marathon" və başqa şirkətlərlə də aparılır.

Amerikanın geofizika şirkəti "Western Geco"nun qiymətləndirmələrinə görə, Xəzərin türkmən sektorunun ehtiyatları artıq bloklar üzrə bağlanılan sazişlər nəzərə alınmamaqla, 11 milyard ton neft və 5,5 trilyon kubmetr qaz təşkil edir. Türkmən mənbələrinin qeyd etdiyinə görə, bu, bütün ölkə həddində neft resurslarının yarısı və qazın dörddəbiri deməkdir.

"Chevron" şirkətinin nümayəndələri bundan əvvəl bildiriblər ki, təbii qazın istehsalı üzrə layihədə Türkmənistanın tərəfdaşı olmağa ümid edirlər. Bununla yanaşı, şirkət "karbohidrogenlərin təhlükəsiz, effektiv və ekoloji cəhətdən təmiz işlənməsi və hasil edilməsi üçün lazım olan çoxmilyardlı kapitalı yatırmağa hazırdır".

Xəbər lenti

Xəbər lenti