...

İran qazının Türkiyəyə verilməsi 7-8 gündən sonra bərpa olunacaq – energetika naziri

Energetika Materials 26 Avqust 2010 10:39 (UTC +04:00)
Qaz kəmərində partlayış nəticəsində dayandırılan İran qazının Türkiyəyə verilməsi 7-8 gündən sonra bərpa olunacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çərşənbə günü Suriya səfiri Nidal Kabalanla görüşündən sonra deyib. Məlumatı Anadolu İnformasiya Agentliyi yayıb.
İran qazının Türkiyəyə verilməsi 7-8 gündən sonra bərpa olunacaq – energetika naziri

Аzərbaycan, Bakı, 26 avqust /Trend, müxbir А.Axundov/

Qaz kəmərində partlayış nəticəsində dayandırılan İran qazının Türkiyəyə verilməsi 7-8 gündən sonra bərpa olunacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız çərşənbə günü Suriya səfiri Nidal Kabalanla görüşündən sonra deyib. Məlumatı Anadolu İnformasiya Agentliyi yayıb.

Çərşənbə axşamı Türkiyənin Ağrı vilayətinin Eleşkirt rayonunda İrandan Türkiyəyə təbii qazın axınını təmin edən qaz kəmərində güclü partlayış baş verib. Partlayış nəticəsində İrandan qazın ötürülməsi dayandırılıb.

"Azərbaycan və Rusiyadan gələn qaz Türkiyənin ehtiyaclarını bütünlüklə ödəyir", - Taner Yıldız bildirib.

Suriyanın səfiri bəyan edib ki, "ərəb qaz kəməri"nin Türkiyə-Suriya hissəsinin tikintisi başa çatmaq üzrədir.

"Bu xətt gələcəkdə "Nabucco" layihəsinə qoşulacaq", - o bildirib.

Xəbər lenti

Xəbər lenti