Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir E.İsmayılov/
Yanvar-avqust aylarında Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) səhmdarları "Yujnaya Ozereyka-2" terminalında CPC Blend növlü 23,2 milyon tondan çox neft yükləyiblər. Bu göstərici ötən ilin analoji dövründə təxminən 23 milyon ton olub. Bu barədə XBKK-nın mətbuat xidmətindən bildiriblər.
Avqustda terminalda 3,12 milyon ton neft yüklənilib. 2009-cu ilin iyulunda bu göstərici 2,83 milyon ton olub.
2009-cu ildə XBKK səhmdarları tərəfindən təxminən 34,6 milyon ton neft yüklənilb. 2008-ci ildə bu göstərici təqribən 31,5 milyon ton olub. 2007-ci ildə isə konsorsiumun səhmdarları 32,6 milyon tondan çox neft yükləyiblər.
Həcmlərin nəql və yüklənməsini (qoşulma ardıcıllığı ilə) həyata keçirən XBKK yükgöndərənləri aşağıdakılardır:
- "Tengizşevroyl" - bağlanmış müqavilələrdən birincisi - tədarük olunan həcmlər sisteminin əsas yüklənməsini təmin edir;
- "Arman" - XBKK səhmdarı "Oryx Caspian Pipeline LLC"nin affilə edilmiş yükgöndərəni. Hazırda "Şell"in mülkiyyətindədir;
- "EmbaMunayQaz" və "Qazaxoyl-Aktobe" - XBKK səhmdarı "Kazakhstan Pipeline Ventures LLC"nin affilə edilmiş yükgöndərəni;
- "CNPC-AktobeMunayQaz" - Qazaxıstan hökumətinin giriş hüquqlarından yararlanaraq, terminalda həcmlərin nəql və yüklənməsini həyata keçirir;
- "Litasko" - XBKK səhmdarı LUKARKO B.V. şirkətinin affilə edilmiş yükgöndərəni;
- "Qaraçaqanak Petroleum Opereytinq B.V." - "Tengizşevroyl"dan sonra neft nəqli həcmləri üzrə ikinci yükgöndərən. XBKK-nın bir çox səhmdarları yanında affilə edilib;
- "NaftaTrans" QSC və onunla affilə edilmiş şirkətlər - Rusiya Federasiyasının giriş hüquqlarına əsasən, rus istehsalçıların neftini XBKK-ya tədarük etmək səlahiyyətindədir.