...

Yanvar-avqustda Azərbaycanın Şəki elektrik stansıyasında 100 milyon kilovat-saata yaxın elektrik enerjisi hasil olunub

Energetika Materials 21 Sentyabr 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Yanvar-avqust aylarında "Azərenerji" SC-nin balansında yerləşən Şəki elektrik stansiyasında (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) 99,9 milyon kilovat-saat elektrik enerjisi hasil olunub. Proqnozlaşdırılmış göstərici 92,7 milyon kilovat-saat təşkil edib. Bu barədə çərşənbə axşamı SC-dən verilən məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, avqustda stansiya tərəfindən 19 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub ki, bu da proqnozlaşdırılmış göstəricidən iki milyon kilovat-saat çoxdur.

87 meqavat gücə malik, 10 aqreqatdan ibarət Şəki elektrik stansiyası 2006-cı ilin oktyabrında istismara verilib.

Xəbər lenti

Xəbər lenti