...

Azərbaycanda yeni neft-qaz müqaviləsi imzalanıb (FOTO)

Energetika Materials 7 Oktyabr 2010 11:54 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) və Britaniyanın ВР şirkəti cümə axşamı Bakıda Xəzərin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektivli strukturlarının kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar. ARDNŞ tərəfdən sənədi şirkətin prezidenti Rövnəq Abdullayev, BP tərəfdən "BP Azerbaijan" şirkətinin rəhbəri Rəşid Cavanşir imzalayıblar.
Azərbaycanda yeni neft-qaz müqaviləsi imzalanıb (FOTO)

RED. əlavəsi: Yeni fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) və Britaniyanın ВР şirkəti cümə axşamı Bakıda   Xəzərin Azərbaycan sektorundakı "Şəfəq" və "Asiman" perspektivli strukturlarının kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə imzalayıblar. ARDNŞ tərəfdən sənədi şirkətin prezidenti Rövnəq Abdullayev, BP tərəfdən "BP Azerbaijan" şirkətinin rəhbəri Rəşid Cavanşir imzalayıblar.

Müqavilə 30 illik müddətə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Onun sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə iki quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq həyata keçirəcəklər. Müqavilədə iştirak payının bölüşdürülməsi əllinin əlliyə nisbətindədir.

Strukturların ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektivli strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi üçün anlaşma memorandumu inzalayıblar.

Blok dənizin dərinsulu hissəsində - suyun dərinliyinin, təxminən, 650-850 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi, təxminən, 7 min metrdir.

BP "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinə dair layihələrə başçılıq edərək, Azərbaycanda əsas xarici neft investorudur. BP, həmçinin, "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Supsa" boru kəmərlərinin operatorudur.

Xəbər lenti

Xəbər lenti