...

Azərbaycan neftinin qiymətləri: 4-8 oktyabr aralığının yekunları

Energetika Materials 9 Oktyabr 2010 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir E.İsmayılov/

4-8 oktyabr aralığında CIF liman Augusta şərtləri ilə Azərbaycanın Gürcüstanın Supsa, Batumi və Türkiyənin Ceyhan limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti $85,94/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən təxminən 4,16 dollar çoxdur.

4-8 oktyabr aralığında AZERI LT-nin maksimum qiyməti $87,08/barel, minimum isə $85,46/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

4-8 oktyabr aralığında Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $81,76/barel təşkil edib ki, bu da ötən həftənin orta qiymətindən $3,8/barel çoxdur.

4-8 oktyabr aralığında URALS-ın maksimum qiyməti $82,99/barel, minimum isə $81,21/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

4-8 oktyabr aralığında "Brent Dated" növünün orta qiyməti $84,02/barel təşkil edib ki, bu da əvvəlki həftənin orta qiymətindən $4,07/barel çoxdur.

4-8 oktyabr aralığında "Brent Dated"in maksimum qiyməti $85,19/barel, minimum isə $8362/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti