...

ARDNŞ-nin Kulevi neft terminalı iş yerlərində təlim proqramını tətbiq edib

Energetika Materials 13 Oktyabr 2010 17:32 (UTC +04:00)
ARDNŞ-nin Kulevi neft terminalı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iş yerlərində (operativ-kəşfiyyat tədbirləri) işçilərin əsas və xüsusi biliklər qazandığı təlim proqramını tətbiq edib.
ARDNŞ-nin Kulevi neft terminalı iş yerlərində təlim proqramını tətbiq edib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

ARDNŞ-nin Kulevi neft terminalı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iş yerlərində (operativ-kəşfiyyat tədbirləri) işçilərin əsas və xüsusi biliklər qazandığı təlim proqramını tətbiq edib.

Operativ-kəşfiyyat tədbirləri ən yaxşı təlim metodlarından biridir, belə ki, təlim planlaşdırılır, təşkil olunur və bilvasitə iş yerində aparılır.

Terminal işçilərə şifahi və yazılı göstərişlər, praktik məşğələlər vasitəsilə biliklər verir.

Əməliyyat Departamentinin Operativ Kəşfiyyat Tədbirləri sisteminin əsas məqsədi işçinin ixtisaslaşma səviyyəsinə sistemli yanaşmadır. OKT bilik səviyyəsinə görə beş hissədən ibarətdir ki, buna əsasən təlim keçən işçi digər əməkdaşlarını öyrətmək və qiymətləndirə bilmək üçün kifayət qədər səriştəli olmalıdır.

Bununla yanaşı, mövcud təlim sistemi növü işçiyə karyera artımı imkanını təqdim edir. Məsələn, terminalın Əməliyyat Departamenti işçilərinin 40 faizi OKT prosesinə cəlb olunub və proqram səviyyəsini keçən dörd operator müxtəlif qruplarda supervayzer vəzifəsinə qaldırılıb.

Beləliklə, OKT proqramı effektivdir və sübutlara əsaslanır. Yaxın gələcəkdə terminal bu proqrama daha çox işçi cəlb etməyi, həmçinin onu digər departamentlərə yaymağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti