Azərbaycan, Bakı, 19 oktyabr /Trend/
Yanvar-sentyabrda Astara elektrik stansiyası 143 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu, proqnozlaşdırılandan 14,5 milyon çoxdur. Bu barədə "Azərenerji" SC-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Məlumatda deyildiyinə görə, sentyabrda stansiyada proqnozlaşdırılan 18 milyon əvəzinə, 18,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Astara elektrik stansiyası 2006-cı ilin fevralında istismara verilib. Stansiyanın gücü 87 meqavat təşkil edir.