...

Azərbaycanda əsas istehlakçıların avtomobil benzini və dizel yanacağı ehtiyatları artıb

Energetika Materials 15 Dekabr 2010 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

1 dekabr 2010-cu il tarixinə olan məlumata görə, Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 338,3 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövr göstəricisindən 0,7 faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Dekabrın 1-nə avtomobil benzini ehtiyatı 18,6 min ton olub ki, bu da 2009-cu ilin yanvar-oktyabr aylarında qeydə alınan göstəricidən 5,1 faiz çoxdur.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, dekabrın 1-nə olan məlumata əsasən, 12,4 min ton təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 37,8 faiz çoxdur.

İstehlakçılarda sürtkü yağlarının ehtiyat həcmi 9,2 min ton olub ki, bu da 2009-cu ilin yanvar-noyabrında qeydə alınan göstəricidən 17,9 faiz çoxdur.

İstehlakçılarda yanvar-noyabr aylarında daş kömür ehtiyatları 8,8 min ton olub. Bu da ötən ilin analoji dövr göstəricisindən 27,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti