...

ARDNŞ 2011-ci il üçün Gürcüstanda investisiya planlarını açıqlayıb

Energetika Materials 29 Dekabr 2010 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə ARDNŞ-nin Gürcüstandakı investisiyaları 50 milyon dolları ötəcək. Bu barədə çərşənbə günü ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"dakı mənbə deyib.

Hazrda ARDNŞ Gürcüstan bazarında yanacaqdoldurma məntəqələrinin tikintisi və Gürcüstanın 31 qaz təsərrüfatının qazlaşdırılması proqramı çərçivəsində fəaliyyət üzrə aktiv işlər aparır. ARDNŞ nümayəndəliyinin yeni binasının tikintisi üzrə də işlər davam etdirilir.

Mənbənin sözlərinə görə, Gürcüstanda investisiya vəsaitlərinin ümumi həcmindən təxminən 30 milyon dollar qazlaşdırma proqramının həyata keçirilməsinin üçüncü ili çərçivəsində xərclənəcək. Gələn il 20 milyon dollardan çox vəsait şirkətin yeni inzibati binasının, yanacaqdoldurma məntəqlərinin tikintisinə və ARDNŞ-nin həyata keçirdiyi digər layihələrə xərclənəcək.

2008-ci il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsənin istifadəyə ötürülməsi haqqında müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şida və Kvemo-Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar edilib.

Apreldə "SOCAR Energy Georgia" şirkəti həmçinin Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun paylayıcı qaz şəbəkəsini də istifadəyə alıb. Bu, cəmi 31 qaz təsərrüfatı deməkdir.

Cari ilin sonunadək Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 64 ədəd təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti