...

Bu il ARDNŞ Gürcüstan bazarında neft məhsullarının satışı üzrə artım proqnozlaşdırır

Energetika Materials 29 Dekabr 2010 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.İsmayılov/

Proqnozlara əsasən, bu il ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan bazarında satdığı neft məhsullarının həcmi 435 min ton təşkil edəcək. Bu göstərici 2009-cu ildə 406 min ton olub. Bu barədə çərşənbə günü ARDNŞ-nin Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia"dakı mənbə deyib.

"İlin yekunları üzrə göstəricilər 435 min ton səviyyəsində gözlənilir ki, bu da ötən il qeydə alınan göstəricidən çoxdur", - mənbə qeyd edib. Əvvəllər proqnozlaşdırılırdı ki, şirkət cari ildə Gürcüstan bazarında 412 min ton neft məhsulu satacaq.

ARDNŞ Gürcüstan bazarında benzin, dizel yanacağı, aviasiya kerosini, bitum, az miqdarda mazut və sürtkü yağları kimi neft məhsulları satır.

Azərbaycanda neft məhsulları ümumi gücü ildə 20 milyon ton olan iki NEZ-də istehsal edilir. Hər iki NEZ ildə öz vəsaitləri hesabına quruda və dənzidə hasil edilən altı-yeddi milyon tona yaxın neft emal edən ARDNŞ-nin tərkibinə daxildir.

Keçən il Bakı NEZ 6,03 milyon ton neft emal edib. Bu göstərici 2008-ci ildə 7,35 milyon ton olub. Bu il ARDNŞ Bakının iki neft emalı zavodunda 6,15 milyon ton neft emal etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti