...

Azərbaycanın iri perspektivli dəniz strukturunda kəşfiyyat qazmasına başlanılıb

Energetika Materials 18 Yanvar 2011 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Abşeron" perspektivli dəniz strukturunun kəşfiyyatı və işlənməsi layihəsinin iştirakçıları birinci kəşfiyyat quyusunun qazılmasına başlayıblar. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə məlumat verib.

Kəşfiyyat quyusunun qazılması Heydər Əliyev adına yarımdalma qazma qurğusu (operator Danimarkanın "Maersk Drilling" şirkəti) vasitəsilə həyata keçirilir.

Mənbənin dediyi kimi, quyunun qazılması 2011-ci ilin sonlarında başa çatacaq.

"Kəşfiyyat quyusunun qazılmasına başlanılıb. İşlər səkkiz ay ərzində, daha doğrusu ilin sonunadək aparılacaq", - mənbə bildirib.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) geoloqlarının qiymətləndirmələrinə əsasən, "Abşeron" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edə bilər.

"Abşeron" bloku Bakıdan 100 km uzaqda 500 metr dərinlikdə yerləşir.

"Abşeron" blokunun iştirakçıları ARDNŞ - 40 faiz, Fransanın Total şirkəti - 40 faiz və Gaz De France Suezdir - 20 faiz.

"Abşeron" strukturu üzrə müqavilə 2009-cu ilin 27 fevralında ARDNŞ və Total arasında imzalanıb. Daha sonra Total müqavilədə iştirak payının 20 faizini "Gaz De France Suez" şirkətinə verib.

Bu artıq xarici şirkətlərin "Abşeron" perspektivli strukturunda ticari cəhətdən əlverişli karbohidrogenlərin hasilatına başlamaq üçün ikinci cəhdidir. 1997-ci ildə bu sahənin kəşfiyyatı və hazırlanması üzrə layihədə 50 faiz iştirak payı olan ARDNŞ, Amerikanın "Chevron" şirkəti (30 faiz - şirkət layihənin operatoru kimi çıxış edib), və "Total" -20 faiz arasında PSA tipli ilk müqavilə imzalanıb. Lakin kəşfiyyat quyusunun qazılmasından sonra yataqda aşkar olunmuş ehtiyatlar ticari cəhətdən cəlbedici olmadığına görə müqavilə qüvvədən düşüb.

Xəbər lenti

Xəbər lenti