...

Azərbaycanda əsas istehsalçıların avtomobil benzini və dizel yanacağı ehtiyatları artıb

Energetika Materials 21 Yanvar 2011 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

2010-cu ildə Azərbaycanın əsas istehlakçılarının mazut ehtiyatı 338,6 min ton təşkil edib ki, bu da 2009-cu ilin göstəricisindən 2,6 faiz azdır. Bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsindən bildiriblər.

Yanvarın 1-nə avtomobil benzini ehtiyatı 15,2 min ton olub ki, bu da 2009-cu ildə qeydə alınan göstəricidən 14,3 faiz çoxdur.

Əsas istehlakçıların dizel yanacağı ehtiyatı, yanvarın 1-nə olan məlumata əsasən, 22,4 min ton təşkil edib ki, bu da 2009-cu ilin analoji göstəricisindən 14,3 faiz çoxdur.

İstehlakçılarda sürtkü yağlarının ehtiyat həcmi 10,6 min ton olub ki, bu da 2009-cu ildə qeydə alınan göstəricidən bir faiz çoxdur.

İstehlakçılarda 2010-cu ildə daş kömür ehtiyatları 8 min ton olub. Bu da ötən ilin göstəricisindən 15,8 faiz azdır.

Xəbər lenti

Xəbər lenti