...

V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarının sayı artıb

Energetika Materials 9 Mart 2011 16:29 (UTC +04:00)
Aprelin 18-dən 19-dək Bakıda keçirilməsi planlaşdırılan illik V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarına Xəzər regionunun neft-qaz və nəqliyyat sahəsinin yeni şirkətləri qoşulub.
V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarının sayı artıb

Azərbaycan, Bakı, 9 mart /Trend/

Aprelin 18-dən 19-dək Bakıda keçirilməsi planlaşdırılan illik V Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarına Xəzər regionunun neft-qaz və nəqliyyat sahəsinin yeni şirkətləri qoşulub. Trend BİA bu konfransa informasiya dəstəyi göstərəcək.

Xəzər neft-qaz ticarət-nəqliyyat konfransının iştirakçılarının sayı fəal şəkildə artmaqdadır. Qeydiyyatdan keçənlərin arasında "Balck Sea Terminal", "Petrom Kazakhstan", "Aktau Sea Port", "Cross Caspian Oli and Gas Logistics", "Transnafta Pancevo", "Tranco", "GDF SUEZ Exploration Caspian" və digər şirkətlər var.

Tədbirə dövlət qurumları və biznes birliklərinin xüsusi diqqəti konfransda müzakirə üçün planlaşdırılan məsələ və mövzuların aktuallığını sübut edilir. Konfransa təşkilati dəstəyi Azərbaycan Sənaye və Energetika Nazirliyi, Qazaxıstanın Manqışlaq vilayətinin akimatlığı, Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubu və ABŞ-ın Azərbaycandakı Ticarət Palatası göstərir.

Konfrans zamanı göstərilən məsələlər müzakirə ediləcək: Qazaxıstanın Xəzər nəqliy yat sistemi, regionda yükboşaltma obyektlərinin inkişafı, neft və neft məhsullarının ixracında Xəzər limanlarının rolunun artması, Avropaya qaz tədarükünə spot bazarının təsiri, LNG və CNG-nin istehsalı, Türkmənistanın neft və neft məhsullarının ixracı - həcmlər və istiqamətlər, Mərkəzi Asiyanın neft məhsulları bazarı, Gömrük İttifaqının karbohidrogenlərin nəqlinə təsiri, neft və neft məhsullarının nəqlinə qiymət qoyma və tariflər.

Konfransın məqsədi - iştirakçılara Xəzər regionun neft-qaz sənayesinin vəziyyəti haqqında aktual informasiyanın təqdim edilməsi, karbohidrogenlərin nəqli, sənaye və ümumilikdə region layihələrinin tendensiya və mümkün ssenarilərinin təhlilidir. Təşkilati komitə iştirakçılara səmərəli müzakirələr arzulayır və ümid edir ki, konfrans enerji dialoqunun bütün tərəfləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Əlaqə: Yekaterina Poluyanova

Tel: +44 (0) 208 349 19 99, faks + 44 (0) 208 349 29 99

[email protected]

Media-dəstək: "İnterfaks-Azərbaycan" infromasiya agentliyi, Trend Beynəlxalq İnformasiya Agentliyi, Caspian Energy Beynəlxalq Media Qrupu, "Platts" şirkəti, "Yanacaq bazarı" jurnalı, "Arqus" şirkəti, "Oilcapital" yanacaq energetika kompleksinin informasiya resursu, "Neft-qaz ərazisi" nəşri, "Dağ sənayesi" elmi-texniki jurnalı, "EnergyLand.info" yanacaq energetika kompleksi birliyinin internet portalı, "Qazinform" informasiya agentliyi, "Quorum.kz" analitik-informasiya portalı, "Turan" informasiya agentliyi, "Rusenerji" agentliyi, "Investkz.com" portalı, "Oil.Ekspert" jurnalı, "Export.by" ixraca dəstək informasiya portalı, "OILmarket" jurnalı.

Xəbər lenti

Xəbər lenti