...

Bakıda Nikolay Baybakovun xatirəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Energetika Materials 16 Mart 2011 19:23 (UTC +04:00)
Çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfə verən, məşhur ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamının yerinə yetirilməsi çərçivəsində Baybakovun 100 illiyinə həsr edilən konfrans keçirilib.
Bakıda Nikolay Baybakovun xatirəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbirlər A.Bədəlova, E.İsmayılov/

Çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda neft sənayesinin inkişafına böyük töhfə verən, məşhur ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamının yerinə yetirilməsi çərçivəsində Baybakovun 100 illiyinə həsr olunmuş konfrans keçirilib.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, bununla əlaqədar müvafiq tədbirlər planı hazırlanıb.

"Bugünkü yığıncaq bu siyahıda sonuncudur. Bu tədbir zamanı Nikolay Baybakovu tanıyan, onunla işləyən insanlar, qohumları onun həyatı və fəaliyyəti barədə öz təəssüratlarını bölüşəcəklər", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Nikolay Baybakov Azərbaycanın əfsanəvi neftçilərindən biri olub. Onun ölkə neftçilərinin adının yüksəldilməsində rolu misilsizdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, Nikolay Baybakov Sovet dönəmində təkcə Azərbaycanın neft sənayesinin inkişafında deyil, eləcə də ümumilikdə ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayıb.

"Onun ölkədə sənaye müəssisələrinin və regionlarda müəssisələrin filiallarının yaradılmasında rolu böyükdür. O, Azərbaycan iqtisadiyyatını dərindən bilən görkəmli alim olub", - Səmədzadə bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Bakı şəhər İcra Hakimiyyəti şəhərin küçələrindən birinə Nikolay Konstantinoviç Baybakovun adının verilməsini, Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstünün qoyulmasını və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsinin vurulmasını təmin edəcək.

1911-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olan Baybakov neft sahəsində bir sıra səmərəli təkliflərin, o cümlədən "Baybakov üsulu"nun müəlifidir.

Baybakov bütün həyatı boyu Azərbaycanla sıx bağlı olub. SSRİ Dövlət Plan Komitəsinin sədri olan zaman respublikanın inkişafına böyük diqqət yetirib.

Baybakovun ictimai fəaliyyətini əhatə edən davamlı dövrü yüksək qiymətləndirilib. O, çoxlu fəxri fərmanlara layiq görülüb, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Nikolay Baybakov 2008-ci ilin martında vəfat edib.

Xəbər lenti

Xəbər lenti