...

Petkim istehsal gücünün artırılması üzrə işlər görür

Energetika Materials 5 Aprel 2011 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iştirak payına malik olduğu Türkiyənin "Petkim" iri neft-kimya kompleksinin investisiyalarının həcmi 2011-ci ildə 130 milyon dollar təşkil edəcək. Bu barə də çərşənbə axşamı Petkimdən bildirilib.

Məlumata görə, investisiyalar naqil istehsalının inkişafının əsası olan kimyəvi möhkəm polietilen istehsalı, eləcə də kauçuk istehsalı üçün əsas olan butadion fraksiyalarının istehsalı üzrə fabriklərə yönəldiləcək.

Sərmayələr, həmçinin istehsal güclərinin artırılmasına, texnologiyaların yenilənməsinə və məhsuldarlığın artırılmasına, enerji tələbatının azaldılmasına da yönəldiləcək.

Ötən ilin yekunları üzrə "Petkim"in xalis mənfəəti 2009-cu ildəki 114 milyon türk lirəsinə qarşı 130 milyon lirə təşkil edib. 2010-cu ildə neft-kimya məhsullarının ixracı 2009-cu ildəki 347 milyon türk lirəsinə qarşı 531 milyon lirə təşkil edib.

Ötən il satışın ümumi həcmi 2,91 milyard lirə təşkil edib ki, bu da inişilki göstəricidən 41 faiz çoxdur.

2008-ci ildə "SOCAR/Turcas Petrol/Injaz Projects" şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqində 51 faizlik səhm paketinin alınması üçün elan edilən tenderin qalibi olub. Buna görə alyansa 2,04 milyard dollar təklif edilib. Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. "SOCAR/Turcas/Injaz"ın "Petkim"in inkişafına yatıracağı sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək.

"Petkim Petrokimya Holdinq" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə bu məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının ¼-ni ixrac edir.

Xəbər lenti

Xəbər lenti