...

ARDNŞ Azərbaycanda YDM şəbəkəsini genişləndirir

Energetika Materials 13 Aprel 2011 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir E.İsmayılov/

Hazırda Azərbaycanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında işləyən yanacaqdoldurma məntəqələrinin (YDM) ümumi sayı səkkiz ədəddir. Bu barədə çərşənbə günü "SOCAR Petroleum" riteyl şirkətinin həmtəsisçilərindən olan ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, YDM Bakı şəhərinin bu nöqtələr üçün nisbətən daha optimal olan rayonlarında yerləşdirilir.

"Stansiyalar uğurla fəaliyyət göstərir və sürücülərin tələbatını ödəyir. Hazırda yeni stansiyaların tikintisi üzrə işlər görülür", - mənbə deyib.

Ümumilikdə, ARDNŞ Azərbaycanda 26-30 YDM açmağı planlaşdırır. Stansiyaların respublikanın giriş və çıxış yollarında tikilməsinə böyük diqqət ayrılır. Azərbaycanda YDM-lərin inşasına qoyulan investisiyalar 20 milyon manat təşkil edir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Hazırda ARDNŞ Gürcüstanda 50-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayır, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti