...

ARDNŞ-nin Kulevi neft terminalı əməkdaşları üçün treninq təşkil edib

Energetika Materials 13 Aprel 2011 20:00 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı müvafiq departamentlərin 40 əməkdaşı üçün avtomobillərin təhlükəsiz idarə edilməsi üzrə treninq təşkil edib.
ARDNŞ-nin Kulevi neft terminalı əməkdaşları üçün treninq təşkil edib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı müvafiq departamentlərin 40 əməkdaşı üçün avtomobillərin təhlükəsiz idarə edilməsi üzrə treninq təşkil edib. Trend-in məlumatına görə, bu barədə terminalın çərşənbə günü yaydığı məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, kursu G&R Business Services, LLC-dən olan təlimçilər aparıblar.

Treninq avtomobillərin idarə olunması zamanı yaranan problemlərin öhdəsindən gəlmək kimi biliklərin yenilənməsi və artırılmasına, nəqliyyat vasitəsini idarə edən zaman yaranan təhlükəni müəyyən etməyə, bədbəxt hadisələrin qarşısını almağa, nəqliyyat vasitəsini təhlükəsiz şəkildə təyinatı üzrə istismar etməyə, nəqliyyat vasitəsinin gündəlik texniki baxışını (daxili və xarici) keçirməyə və s. yönəlib.

Xəbər lenti

Xəbər lenti