...

İri karbohidrogen ehtiyatlarına baxmayaraq, Azərbaycanda alternativ enerji mənbələri inkişaf edəcək

Energetika Materials 18 Aprel 2011 19:51 (UTC +04:00)
Böyük neft və qaz ehtiyatlarına baxmayaraq, Azərbaycan alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətindədir.
İri karbohidrogen ehtiyatlarına baxmayaraq, Azərbaycanda alternativ enerji mənbələri inkişaf edəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

Böyük neft və qaz ehtiyatlarına baxmayaraq, Azərbaycan alternativ enerji mənbələrini inkişaf etdirmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ölkənin sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov bildirib.

Onu sözlərinə görə, ölkədə energetikanın bu perspektiv istiqamətinin inkişafı üçün hər cür şərait yaradılır. Habelə bu sahədə çalışan, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı məqsədilə respublikaya gətirilən materiallardan vergi tutulması məsələsində şirkətlər üçün şərait yaradılır.

Cavadov bildirib ki, Sənaye və Energetika Nazirliyi yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə proqramın hazırlanması sahəsində işlər görülür.

Xəbər lenti

Xəbər lenti