...

Azərbaycanın bir sıra şimal-qərb rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq

Energetika Materials 4 May 2011 16:55 (UTC +04:00)
Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Azərbaycanın bir sıra şimal-qərb rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 4 may /Trend/

"Yevlax-Balakən" magistral qaz kəmərində cari təmir işlərinin aparılması ilə əlaqədar mayın 5-də saat 10:00-dan 18:00-dək təbii qazın nəqli dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Həmin müddətdə Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti