...

Azərbaycan Parlamenti PSA tipli yeni müqaviləni ratifikasiya edib

Energetika Materials 6 May 2011 14:53 (UTC +04:00)
Milli Məclis ötən il oktyabrın 7-də ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Britaniyanın BP şirkəti arasında imzalanmış "Şəfəq" və "Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və məhsulun pay bölgüsü üzrə müqaviləni ratifikasiya edib.
Azərbaycan Parlamenti PSA tipli yeni müqaviləni ratifikasiya edib

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/

Milli Məclis ötən il oktyabrın 7-də ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Britaniyanın BP şirkəti arasında imzalanmış "Şəfəq" və "Asiman" dəniz blokunun kəşfiyyatı, işlənməsi və məhsulun pay bölgüsü üzrə müqaviləni ratifikasiya edib.

Saziş 30 il müddətinə imzalanıb. Kəşfiyyat dövrü 4 ildir. Bu dövrün sonralar daha 3 il uzadılması mümkündür. Birinci mərhələdə 2 quyunun qazılması planlaşdırılır. İkinci mərhələdə, zərurət olarsa, daha 2 quyu qazılacaq. İstismar dövrünə keçərkən tərəflər layihə çərçivəsində birgə operatorluq edəcəklər. Sazişdə iştirak payı 50-nin 50-yə nisbətindədir.

Dəniz blokunun ehtiyatları 300-500 milyard kubmetr qaz həcmində qiymətləndirilir.

"Şəfəq" və "Asiman" strukturları Bakıdan 125 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ilin iyulunda ARDNŞ və BP Londonda Xəzər dənizinin Azərbaycan sektorunda "Şəfəq" və "Asiman" perspektiv strukturlarının birgə geoloji kəşfiyyatı və işlənməsi haqqında qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

Əvvəllər blokda kəşfiyyat işləri aparılmayıb. O, dənizin dərinsulu hissəsində - təxminən 650-850 metr dərinlikdə yerləşir və rezervuarın dərinliyi 7 min metrdir.

BP Azərbaycanda əsas xarici neft sərmayədarıdır. Şirkət "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihələrə də başçılıq edir. ВР həmçinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin də operatorudur.

Xəbər lenti

Xəbər lenti