...

ARDNŞ kimya sənayesi işçiləri üçün poliklinikanı istifadəyə verib

Energetika Materials 23 May 2011 18:17 (UTC +04:00)
Bazar ertəsi ARDNŞ "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində təmirdən sonra poliklinikanı istifadəyə verib.
ARDNŞ kimya sənayesi işçiləri üçün poliklinikanı istifadəyə verib

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.İsmayılov/

Bazar ertəsi ARDNŞ "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunun ərazisində təmirdən sonra poliklinikanı istifadəyə verib. Trend-in məlumatına görə, mərasimdə ARDNŞ rəhbəri Rövnəq Abdullayev çıxış edib.

Abdullayevin sözlərinə görə, poliklinika təkcə ARDNŞ işçilərinə deyil, "Azərikimya" müəssisəsinin yerləşdiyi Sumqayıt şəhərinin sakinlərinə də yüksək keyfiyyətli xidmət göstərəcək.

"Poliklinika müasir standartlara uyğun təmir edilib, onun bütün əməkdaşları - Mərkəzi Neftçilər Xəstəxanasında təlim keçən həkimlərdir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, pasientin aparılması mümkün olmadığı halda, poliklinikada yerində təcili əməliyyat aparılması üçün bütün lazımi şərait var.

Müasir Almaniya, Yaponiya və Rusiya avadanlıqları ilə təchiz edilən poliklinikada 30 həkim və 26 tibb bacısı işləyəcək.

Xəbər lenti

Xəbər lenti