...

Gürcüstan Azərbaycanla yeni elektrikötürücü xəttin tikintisinə başlayır

Energetika Materials 23 İyun 2011 10:28 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanı Azərbaycanla birləşdirən 500 kilovoltluq elektrik ötürücü xəttin "Qardabani-Samux" hissəsinin 10-cu kilometrliyinin tikintisini tenderdə qalib olan "New Metal Georgia" şirkəti həyata keçirəcək. Bu barədə Trend-ə Gürcüstan Dövlət Enerji Sistemindən məlumat verilib.

Tenderdə iki şirkət - " New Metal Georgia" və "New Energy" şirkətləri iştirak edib.

Qalib "New Metal Georgia" ilə müvafiq saziş rəsmiləşdirilib.

500 kilovoltluq elektrikötürücü xəttin 10-cu kilometrliyində tikinti-montaj işləri iyunda başlayacaq və 2011-ci il dekabrın sonunda başa çatacaq.

Öz növbəsində "Azərenerji" SC "Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsü yaradılması çərçivəsində 500 kilovoltluq elektrikötürücü xəttin tikintisi üzrə işlər aparır. Nəzərdə tutulur ki, 2012-ci ilin mayından etibarən elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Türkiyə istiqamətində ixracı üçün imkan yaranacaq.

Ötən il Azərbaycan, Gürcüstan və Türkiyə "Enerji körpüsü" layihəsi üzrə Anlaşma Memorandumu imzalayıblar. Üç ölkənin həyata keçirdiyi birgə layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.

USAID cə ABŞ Energetika Assosiasiyası birgə maliyyə və texiki yardım göstərirlər.

"Azərbaycan-Gürcüstan-Türkiyə" enerji körpüsünün yaradılması respublikaya 600-700 MVt gücündə elektirk enerjisini Avropaya nəql etməyə imkan verəcək. Bu layihə çərçivəsində Azərbaycanda Mingəçevirdən Gürcüstan sərhədinədək 500 kilovoltluq elektrik ötürücü xəttinin tikintisi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti