...

"SOCAR Energy Georgia"nın yeni ofisinin tikintisi payızda başa çatacaq

Energetika Materials 22 İyul 2011 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Oktyabrda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda maraqlarını təmsil edən "SOCAR Energy Georgia" şirkəti Gürcüstandakı yeni ofisinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə Trend-ə cümə günü "SOCAR Energy Georgia"-dakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ofisin yeni binasının tikintisi başa çatmaq üzrədir. "Oktyabradək tikinti işləri başa çata bilər", - mənbə deyib.

"SOCAR Georgia" ərazisi 4 min kvadrat metrdən çox alınan torpaq sahəsindəki binada yerləşib. Şirkət həmin topraq sahəsinə görə 3 milyon dollara yaxın vəsait ödəyib.

"SOCAR Energy Georgia" Gürcüstanda neft və neft məhsulları bazarında distribusiya və marketinqlə məşğul olur. Şirkət Gürcüstan bazarında neft məhsulları və qaz satışı ilə məşğul olur, yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahibdir.

"SOCAR Georgia"-nın təsisiçiləri bunlardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 24,5 faiz və İvan Çxartişvili - 24,5 faiz.

Xəbər lenti

Xəbər lenti