...

ARDNŞ Xəzərdə 2 yeni neft-qaz quyusunda qazma işlərinə başlayıb

Energetika Materials 22 İyul 2011 17:26 (UTC +04:00)
ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi "Günəşli" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb.
ARDNŞ Xəzərdə 2 yeni neft-qaz quyusunda qazma işlərinə başlayıb

Azərbaycan, Bakı, 22 iyul /Trend/

ARDNŞ-nin Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi "Günəşli" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. Bu barədə Dövlət Neft Şirkətinin cümə günü yaydığı məlumatda deyilir.

6-cı özüldəki 49 nömrəli quyunun layihə dərinliyi 3850 metrdir. Qirməki Altı Lay Dəstəsinə qazılan həmin quyudan sutkada 25 ton neft, 200 min kubmetr qaz hasil ediləcəyi gözlənilir.

Yataqdakı 14-cü özüldən Fasilə Lay Dəstəsinə qazılan 305 nömrəli quyunun layihə dərinliyi isə 2960 metrdir. Geoloqların hesablamalarına görə, bu quyudan sutkada 150 ton neft hasil ediləcək.

Hər iki quyu "28 May" adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.

Xəbər lenti

Xəbər lenti