...

Abşeron yarımadasının bir sıra qəsəblərinə qazın verilməsində fasilələr yaranacaq

Energetika Materials 11 Avqust 2011 17:46 (UTC +04:00)
Aparılan təmir işləri ilə əlaqədar avqustun 12-də saat 10:00-dan etibarən "Digah" qazpaylayıcı stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılacaq.
Abşeron yarımadasının bir sıra qəsəblərinə qazın verilməsində fasilələr yaranacaq

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Aparılan təmir işləri ilə əlaqədar avqustun 12-də saat 10:00-dan etibarən "Digah" qazpaylayıcı stansiyasından qidalanan "Binəqədi" və "Abşeron" kollektorlarında qaz təchizatı dayandırılacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Təmir müddətində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Binəqədi kəndinin bir hissəsinə, eləcə də Abşeron rayonunun Digah, Məhəmmədi, Goradil, Fatmai kəndlərinə və Fatmai bağları adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi ARDNŞ-nin rəkibinə daxildir. O, Azərbaycan ərazisində qazın nəqli və satışı məsələlərini idarə edir.

Xəbər lenti

Xəbər lenti