...

Azərbaycan Dövlət Neft Fondu yeni strategiyanın hazırlanması üzrə hazırlıq işlərini dayandırıb

Energetika Materials 26 Avqust 2011 11:30 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə bazarlarında vəziyyət sabitləşənədək yeni strategiyanın hazırlanması üzrə hazırlıq işlərini dayandırıb.
Azərbaycan Dövlət Neft Fondu yeni strategiyanın hazırlanması üzrə hazırlıq işlərini dayandırıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünya maliyyə bazarlarında vəziyyət sabitləşənədək yeni strategiyanın hazırlanması üzrə hazırlıq işlərini dayandırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, dünya bazarlarındakı qeyri-sabitlik, ABŞ-da defolt təhlükəsi, Avropada kreditləşmə problemi fonunda yeni strategiyanın hazırlanmasına hazırlıq üzrə işlərin dayandırılması barədə qərar qəbul edilib.

Mövsümov bildirib ki, işlərin davam etdiriləcəyi tarix haqqında proqnozlar vermək çətindir, çünki hazırda bazar sabit deyil.

Onun sözlərinə görə, fond tərəfindən valyuta kompozisiyasında da dəyişikliklər hələlik nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti