Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir E.İsmayılov/
"Azərenerji" ASC (Azərbaycanda elektrik enerjisinin istehsalı və paylanması) Azərbaycan istehlakçılarının payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə tədbirləri praktiki olaraq başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə ASC-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
O cümlədən, yarımstansiyaların vaxtında keyfiyyətli təmirini yerinə yetirməklə onların maksimal enerji ötürmək imkanlarının artırılması, stansiyada elektrik enerjisinin istehsalına sərf olunan yanacağın istifadəsinin səmərəliliyinin yüksəldilməsi, enerjinin ötürülməsi və paylanmasında itkilərin azaldılması, elektrik enerjisinin istehsalında texnoloji prosesin aparılmasına sərf edilən elektrik enerjisinin miqdarının azaldılması üzrə işlər görülüb.
"Azərenerji" SC -inin balansında olan elektrik stansiyalarının gücü 6,4 min meqavat təşkil edir. SC-nin balansında gücü 500, 330, 220 və 110 kilovat olan 200-dən artıq yarımstansiya, eləcə də altı su elektrik stansiyası və 13 istilik elektrik stansiyası var.